Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç keçirilib. ONA-nın məlumatına görə, “Qalatasaray” səfərdə I liqa klubu
“Hatayspor”la qarşılaşıb.
Evdəki ilk matçda qalib gələn Fatih Terimin yetirmələri rəqib meydanında məğlubiyyətlə üzləşib. “Sarı-qırmızılar” iki top fərqi ilə önə keçdikdən sonra 27 dəqiqəyə qapısında 4 qol görüb – 2:4.
Lakin bu məğlubiyyət “Qalatasaray”ın yarımfinala yüksəlməsinə mane olmayıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Super Liqa təmsilçisi səfər qolları sayəsində mərhələ adlayıb. İstanbulluların rəqibi “Göztəpə” – “Yeni Malatyaspor” matçında müəyyənləşəcək.
Qeyd edək ki, ilk yarımfinalçı “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Umraniyəspor” olub.
Türkiyə kuboku
1/4 final
Cavab oyunu
27 fevral
“Hatayspor” - “Qalatasaray” – 4:2
Karadeniz, 59 (pen.), 71 (pen.), Aydın, 79, Çipe, 86 (avtoqol) – Çelik, 21, Akbaba, 53
İlk oyun – 0:2