İtaliya A seriyasında Milad Bayramı vaxtı oyunların keçirilməyəcək.
ONA-nın məlumatına görə, apenninlilər İngiltərə Premyer Liqasında tətbiq olunan və “Boxinq Day” kimi tanınan formatdan imtina ediblər.
Cari mövsüm A seriyası tarixində ilk dəfə bayram günlərində oyunların keçirilməsi ilə əlamətdar olub. Lakin eksperiment uğursuz alınıb. Matçların yayımı sərfəli şərtlərlə satmaq da mümkün olmayıb. Bu səbəbdən İtaliya çempionatında bu formatı bir daha tətbiq edilməyəcək.