A seriyasının autsayderi darmadağın olub
  • İDMAN

  • 01:38 30 Mart 2019

A seriyasının autsayderi darmadağın olub

İtaliya A seriyasında XXIX tura start verilib.

ONA-nın məlumatına görə, turun ilk günündə bir qarşılaşma keçirilib.

Günün yeganə matçında “Kyevo” “Kalyari”ni qəbul edib. A seriyasının orta sıralarında qərarlaşan qonaqlar görüşün taleyini ilk yarıda həll edib.

Autsayderin qapısına fasiləyədək üç dəfə yol tapan “Kalyari” üstünlüyünü sonadək qoruyub. Bu qələbə komandaya turnir cədvəlində bir pillə irəliləmək imkanı verib.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.

İtaliya A seriyası
XXIX tur
29 mart
“Kyevo” – “Kalyari” – 0:3

Pisakane, 16, Pedro, 33, İonita, 43

N

Klublar

O

Q

H

M

T-F

X

1

Yuventus

28

24

3

1

59-19

75

2

Napoli

28

18

6

4

52-23

60

3

İnter

28

16

5

7

43-24

53

4

Milan

28

14

9

5

43-26

51

5

Roma

28

13

8

7

52-39

47

6

Latsio

27

13

6

8

41-29

45

7

Atalanta

28

13

6

9

57-39

45

8

Torino

28

11

11

6

37-26

44

9

Sampdoriya

28

12

6

10

49-38

42

10

Fiorentina

28

8

13

7

43-35

37

11

Parma

28

9

6

13

30-44

33

12

Cenoa

28

8

9

11

34-42

33

13

Kalyari

29

8

9

12

28-40

33

14

Sassuolo

28

7

11

10

39-47

32

15

Spal

28

6

8

14

25-42

26

16

Udineze

27

6

7

14

24-40

25

17

Empoli

28

6

7

15

36-54

25

18

Bolonya

28

5

9

14

25-42

24

19

Frozinone

28

3

8

17

21-53

17

20

Kyevo

29

1

11

17

21-57

11*

 * - “Kyevo”nun hesabından 3 xal silinib.
 

Vüqar Xeyrullayev

Teqlər: A seriyası Kyevo Kalyari

OXŞAR XƏBƏRLƏR