ABŞ-da keçirilən Klivlend marafonu faciə ilə nəticələnib.
ONA-nın məlumatına görə, yarışın finiş xəttinə az qalmış huşunu itirərək yerə yıxılan Teylor Siipo dünyasını dəyişib.
22 yaşlı xanım iştirakçını dərhal xəstəxanaya çatdırılması da xilas etməyib. Həkimlər onun ölümünü qeydə almaqla kifayətləniblər.
T.Siiponun ölüm səbəbinin hələ müəyyənləşmədiyi bildirilir. Düzdür, yarış öncəsi marafona qatılan 15 min iştirakçının hamısı 27 dərəcə hava şəraitində marafon qaçmağa hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, bu il təhsil müəssisəni bitirən T.Siipo qadın futbol komandalarından birinin şərəfini qoruyurdu.