AÇ-2019: Millimizin 5 sərbəst güləşçisinin rəqibi müəyyənləşib
  • İDMAN

  • 20:23 07 Aprel 2019

AÇ-2019: Millimizin 5 sərbəst güləşçisinin rəqibi müəyyənləşib

Sabah Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək.

ONA-nın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayacaq. 

Bu gün bu kateqoriyalar üzrə püşkatma mərasimi keçirilib və pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.

57 kq
1/8 final mərhələsi

 Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya)

65 kq
Təsnifat mərhələsi

Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus)

70 kq
Təsnifat mərhələsi

Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya)

79 kq
Təsnifat mərhələsi

Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan)

97 kq
1/8 final mərhələsi

Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya)

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə 12:30-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR