• İDMAN

    19:35 13 aprel 2019

AÇ-2019: Qadınlardan ibarət millimiz Avropa dördüncüsü olub

Qadınlardan ibarət yığmamızın Avropa çempionatında tutduğu yer bəlli olub.

ONA-nın məlumatına görə, yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb.

Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub.

Yığmamız yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb. Millimizin Buxarestə kapitan Mariya Stadnik olmadan yollandığını nəzərə alsaq, bu nəticəni uğurlu saya bilərik.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR