• İDMAN

    21:15 11 aprel 2019

AÇ-2019: Yunan-Roma güləşçilərimizin rəqibi dəqiqləşib

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, aprelin 12-də yunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Artıq 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilərin püşkatma mərasimi keçirilib. Sabah xalça üzərinə çıxacaq pəhləvanlarımızın hamısı mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

55 kq
Təsnifat mərhələsi

Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB)

63 kq
Təsnifat mərhələsi

Taleh Məmmədov - Donior İslamov (MDA)

77 kq
Təsnifat mərhələsi

Elvin Mürsəliyev - Roland Şvarts (GER)

87 kq
Təsnifat mərhələsi

İslam Abbasov - Denis Kudla (GER)

130 kq
Təsnifat mərhələsi

Sabah Şəriəti - Stepan David (CZE)

Tahir

Teqlər:

SON XƏBƏRLƏR