Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti Tsunekadzu Takeda istefa verib. ONA-nın məlumatına görə, buna onun adının korrupsiyada hallanması səbəb olub.
71 yaşlı funksioner Beynəlxalq Olimpiya Komitəsində tutduğu vəzifəsini də tərk edib. T.Takeda günahsız olduğunu sübut etmək niyyətindədir.
Onun yerinə cüdo üzrə Olimpiya çempionu Yasuxiro Yamasita və Yaponiya millisinin sabiq futbolçusu Kozo Tasima namizəddirlər.
Qeyd edək ki, Fransa mətbuatının iddiasına əsasən T.Takeda Olimpiada-2020-nin ev sahibliyinin Tokioya verilməsini məxfi bank əməliyyatları sayəsində gerçəkləşib. Həmin vaxt Afrika təmsilçilərinin səsləri 2 milyon dollar rüşvətlə alınıb.