• İDMAN

    10:05 4 mart 2019

AFFA 2018-ci ilin maliyyə hesabatını açıqlayıb

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun Maliyyə və Mühasibat Departamentinin 2018-ci il üçün hesabatı təqdim olunub. ONA-nın məlumatına görə, ötən il qurumun büdcəsinə 25 milyon 456 min 685 manat vəsait daxil olub.
Bu məbləğin 11 milyon 50 min 500 manatı AFFA-nın baş sponsoru olan SOCAR-ın hesabına düşür. Vəsaitin 3 milyon 54 min 145 manatı UEFA-dan, 4 milyon 173 min manatı milli komandanın yayım hüququndan, 3 milyon 404 min 162 manatı FİFA-dan, 2 milyon 909 min 172 manatı "AzərİdmanServis" şirkətindən, 172 min 726 manatı "Bakcell"dən, 118 min manatı "Paşa Sığorta"dan, 53 min 100 manatı "Boulevard Hotel"dən, digər 521 min 880 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.

Qurum 2018-ci ildə ümumilikdə 20 milyon 201 min 286 manat xərcləyib. Xərclərin 9 milyon 890 min 762 manatı milli komandalara sərf olunub. Bundan başqa, 3 milyon 15 min 914 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 1 milyon 739 min 693 manatı uşaq və gənclər futbolunun inkişafına, o cümlədən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalara və digər turnirlərlə layihələrin həyata keçirilməsinə ayrılıb. 1 milyon 376 min 926 manatı hakimlər və hakim-inspektorlara, 689 min 229 manatı təsərrüfat xərclərinə, 1 milyon 87 min 406 manatı oyunların təşkilinə, 667 min 113 manatı aviabilet və otel xərclərinə, 232 min 580 manatı nəqliyyat xərclərinə, 288 min 947 manatı kommunal və rabitə xərclərinə, 205 min 803 manatı təhsilə, 284 min 713 manatı Marketinq və Sponsorluq Departamentinə, 71 min 372 manatı "Elit Məşq", 169 min 307 manatı "Futbol dərsi" layihəsinə, 481 min 471 manatı isə digər xərclərə ayrılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR