AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, tədbirdə Azərbaycan kubokunun final oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında baş verənlər müzakirə olunub.
4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimələnib. Matçın 90+5-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Cavid Tağıyev 2 oyun cəzalanıb. O, klubunu 1600 manat ziyana salıb.