• İDMAN

    16:59 27 dekabr 2019

AFFA daha 7 nəfəri danışılmış oyunlara görə cəzalandırıb, 3 nəfərə qadağa qoyub

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarlar müzakirə olunub.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmərzayev Tural – futbolçu

MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu

"Forza Neftçi" (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi

“Keşlə”
1. Babayev Mehman - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi

Qeyd edək ki, siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Elmin Çobanov, Natiq Səhrətov və Emin Cəfərquliyev isə hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR