Gəncə şəhər stadionunun ərazisində süni örtüklü meydançanın inşaat işləri ilə əlaqədar AFFA tender elan edib.
ONA-nın qurumun saytına istinadən məlumatına görə, tenderə qatılmaq istəyənlər təkliflərini mayın 13-dək assosiasiyaya təqdim etməlidirlər.
Bunun üçün ilk növbədə “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" doldurulmalıdır. Orada görülməsinə ehtiyac duyulan işlərə təkliflərin hamısı göstərilməlidir. Həmçinin bu işlərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyi də qeyd olunmalıdır.