• İDMAN

    09:54 15 mart 2019

AFFA İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə görüşüb

Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə görüş olub. ONA-nın məlumatına görə, tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç iştirak ediblər.

Görüş millimizin oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməsindən əvvəl baş tutub.

“Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş yığıncaqda millimizə uğurlar arzulanıb, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, 3 gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR