AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVIII turunun oyunlarında baş verənlər müzakirə olunub. Bakının iki klubu – “Sabah” və “Səbail” cəzalandırılıb.
“Sabah” – “Qarabağ” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. Paytaxt təmsilçisinin futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
“Neftçi” – “Səbail” qarşılaşmasında qonaqların 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.