Futbol üzrə Azərbaycan çempionatının I divizionun XXII turunda qeyri-adi problem qeydə alınıb.
ONA-nın məlumatına görə, turun iki görüşündə xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığı aşkarlanıb.
AFFA-nın İntizam Komitəsi bugünkü iclasında “Səbail-2” – “Qaradağ Lökbatan” və “Sumqayıt-2” – “Sabah-2” matçlarında meydan sahiblərinin hərəsini 80 manat cərimələyib.
U-17 Liqasının “Tufan” – “Sabah” matçında meydan sahiblərinin futbolçusu Nurlan Nuriyev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. 90+3-cü dəqiqəsində “Sabah”ın baş məşqçisi Namiq Süleymanov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasının “Xəzər Lənkəran” – “Qəbələ” matçı başa çatdıqdan sonra meydan sahiblərinin futbolçusu Əli Tağızadə təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəza alıb. Görüş başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Emil Səfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiya edilib.
U-16 Liqasının, “Viləş” – “Zirə” görüşündə qonaqların futbolçusu Nurəli Nurəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-13 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Turan Tovuz” (Tovuz) qarşılaşmasının 17-ci dəqiqəsində qonaqların məşqçisi Elxan Abdıyev texniki zona qaydalarını pozduğuna kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb. 14 dəqiqə sonra “Neftçi” İK İB klubunun məşqçisi Elçin Ağayev eyni hala yol verdiyi üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan II Liqasının “Obolon”la matçda “Advokat”ın məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. “Metropoliten”lə görüşdə “AZMİU”nun futbolçusu Hakan Erik hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.