AFFA Klublar Komitənin növbəti iclasının vaxtı açıqlanıb. ONA-nın qurumun rəsmi saytına istinadən məlumat verir ki, yığıncaq fevralın 22-də, saat 10:00-da start götürəcək.
İclasın gündəliyində əsas məsələ Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsidir. Həmçinin digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, iclas AFFA-nın İnzibati Binasında olacaq.