Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.
“Sabah”la ev matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alan Məhəmməd Mirzəbəyov da “ağ-qaralar”ı ziyana salıb. Müdafiəçi 1 oyun cəzalanıb, “Neftçi” isə 200 manat cərimələnib.