Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
ONA-nın məlumatına görə, yığıncaq “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında təşkil olunacaq.
Tədbir saat 18:00-da başlayacaq. İclasın gündəliyində əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatıdır. Komitə üzvləri növbəti mövsümlə bağlı qərarlar verəcək. İclasda həmçinin digər məsələlər də müzakirə olunacaq.