• İDMAN

    15:28 14 may 2019

AFFA “Qarabağ”ı cərimələyib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.

Komitə üzvləri baş verənlərlə bağlı müvafiq qərarlar qəbul ediblər. “Keşlə”nin futbolçusu Edvinas Girdvanis “Səbail”lə oyunda qırmızı vərəqə aldığı üçün bir matçlıq cəzalanıb və 200 manat cərimə olunub. “Səbail” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.

“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ziyana düşüb. “Neftçi” – “Qarabağ” oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan Ağdam klubu da 800 manat cərimə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR