AFFA rəsmiləri “Uembli”də UEFA-nın seminarına qatılıblar
  • İDMAN

  • 14:36 02 May 2019

AFFA rəsmiləri “Uembli”də UEFA-nın seminarına qatılıblar

Bu gün İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq Avropa çempionatı ilə bağlı UEFA seminarı öz işinə başlayıb.

ONA-nın məlumatına görə, seminar AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək milli assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir. 

“Kommunikasiya və təbliğat” mövzusunda təşkil olunmuş seminarda AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyevlə Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edir.

Seminara mayın 3-də yekun vurulacaq.

ONA

Teqlər: AFFA Uembli UEFA

OXŞAR XƏBƏRLƏR