• İDMAN

    14:52 12 mart 2019

AFFA “Sumqayıt”ın baş məşqçisini bir, qapıçısını üç oyunluq cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verənlər müzakirə olunub. Komitə Premyer Liqanın dörd klubunu cəzalandırıb.

“Qəbələ” – “Səbail” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 4, qonaqlar 8 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 800 manat cərimə ödəməlidir. Sumqayıt təmsilçisinin qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiya olunub və klubunu 2400 manat ziyana salıb. Qarşılaşmanın 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırılan “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasovun cəzası isə 1 oyun və 800 manat olub. Görüşün 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimələnib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR