• İDMAN

    12:29 23 aprel 2019

AFFA Tərlan Əhmədovu cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Səbail” matçında qonaqların futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” – “Keşlə” qarşılaşmasında qonaqların baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 800 manat ziyana salıb.

“Sabah”la səfər görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimələnib. Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimə olunub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR