• İDMAN

    13:00 19 mart 2019

AFFA üç klubu cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar çıxarılıb. Premyer Liqanın üç klubu cərimələnib.

“Sabah” – “Sumqayıt” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub. Oyunun 29-cu dəqiqəsində meydandan qovulan “Sabah”ın futbolçusu Marko Deviç 1 matçlıq cəzalanıb, klubunu 200 manat ziyana salıb.

“Keşlə”ylə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR