Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, yığıncaqda futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçında baş verənlər əsas müzakirə mövzusu olub.
Oyun başa çatdıqdan sonra yaşanan xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar çıxarılıb. Komitə “Xəzər Cənub” komandasının oyunçuları Raşid Qalapur, Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalının hərəkətlərinə hüquqi qiymət verilib.
Hakimə fiziki təzyiq göstərən hər üç futzalçı 12 ay müddətinə diskvalifikasiya edilib. Oyunçular göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.
Matçdan sonra hakimi təhqir edən “Xəzər Cənub”un digər futzalçısı Hamid Raşidi 3 oyunluq cəza alıb.