Region Liqasının II pley-off mərhələsi çərçivəsində keçirilmiş “Füzuli” – “FC Baku” oyununun nəticəsinin manipulyasiyası ilə bağlı AFFA-ya müraciət daxil olub.
ONA qurumun saytına istinadən məlumat verir ki, aprelin 6-da baş tutmuş matçın danışılmış olması ilə bağlı şübhələr yaranıb.
Bu səbəbdən də liqanın yarımfinal mərhələsində aprelin 22-də nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu baş tutmayacaq. Region Liqasının İşçi Qrupunun qərarı ilə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.