• İDMAN

    17:03 27 may 2019

Ağacan Abiyev: “Boksçularımızın 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacağını proqnozlaşdırıram”

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev yığmamızın Avropa Oyunlarındakı şanslarını dəyərləndirib.

ONA-nın məlumatına görə, Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına həsr olunan mətbuat konfransında iştirak edən MOK-un baş katibi boksçuların 4 medal qazana biləcəyini proqnozlaşdırıb.

O, həm də Avropa çempionatı xarakteri daşıyacaq turnirə qatılacaq 11 boksçumuzun perspektivini qiymətləndirib: “Bu gün boksçularımızın gücünə baxanda, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacaqlarını proqnozlaşdırıram".
A.Abıyev sonda idmançılarımıza uğurlar arzulayıb və onların uğur qazanacağına inam ifadə edib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR