• İDMAN

    01:49 22 iyul 2019

Ağdamda Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib - FOTO

Azərbaycan Qocyu-Ryu “Okinava Karate–Do və Kobud Kempo” növləri Federasiyası Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş I Açıq Respublika turniri keçirib.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Quzanlı qəsəbəsində təşkil olunan turnirə 200-dək idmançı qatılıb.

Federasiyanın prezidenti Tanrıverdi Allahverdiyev ONA-ya açıqlamasında bildirib ki, bu idman növündə fərqlənən yeniyetmə idmançılar Milli komandaya cəlb olunacaq.

Habil

Teqlər:

SON XƏBƏRLƏR