Ağır atletika üzrə Azərbaycan yığmalarının baş məşqçiləri müəyyənləşib
  • İDMAN

  • 12:07 29 Mart 2019

Ağır atletika üzrə Azərbaycan yığmalarının baş məşqçiləri müəyyənləşib

Ağır atletika üzrə Azərbaycan yığma komandalarına məşqçilərin təyinatı olub.

ONA-nın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Mərasimdə ağır atletika üzrə yığma komandaların məşqçiləri də iştirak edib. İclasda qəbul edilən qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.
 

OXŞAR XƏBƏRLƏR