Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
ONA-nın məlumatına görə, turnirdə Azərbaycan millisinin heyətində körpücük üzərinə son olaraq Əliş Nəzərov çıxıb. O, 102 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 332 kq (151+181) nəticə ilə öz qrupunda 5-ci yeri tutub.
Nəzərovun yekun sıralamada tutacağı yer A qrupundakı mübarizə bitəndən sonra məlum olacaq.
Qeyd edək ki, qitə birinciliyinə 5 atletlə yollanan milli komandamız medal qazana bilməyib.