Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
ONA-nın məlumatına görə, bu gün bir matç keçirilib.
“Ümraniyəspor” öz meydanında “Akhisar”la görüşüb. Matçın taleyini bir qol həll edib. Final fitinə 4 dəqiqə qalmış fərqlənən qonaqlar səfərdən qələbə ilə ayrılıblar.
Komandalar arasında cavab oyunu aprelin 24-də keçiriləcək. Digər finalçı isə ertəsi gün bilinəcək.
Qeyd edək ki, dünən keçirilən ilk yarımfinalda “Qalatasaray”la “Yeni Malatyaspor” qolsuz heç-heçə edib.
Türkiyə kuboku
1/2 final, ilk oyun
3 aprel
“Ümraniyəspor” – “Akhisar” – 0:1
Bokila, 86