• İDMAN

    16:40 6 mart 2019

AL: 1/8 finala “İnter”lə “Arsenal” səfərdə, “Çelsi” ilə “Napoli” evdə başlayacaq

Sabah Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək. ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 8 qarşılaşma baş tutacaq.
Günün ən çox maraq kəsb edən matçı Frankfurtda təşkil olunacaq. Müxtəlif vaxtlarda turnirin qalibi olan “Ayntraxt”la “İnter”in ilk görüşü Bundesliqa təmsilçisinin meydanında baş tutacaq.
İtaliyanın digər klubu “Napoli” ilk oyunu evdə keçirəcək. Neapollular Avstriya “Zalsburq”unu qəbul edəcək.
Avropa Liqasının dördqat qalibi olan “Sevilya” da ev oyununa çıxacaq. İspaniya klubu Çexiya təmsilçisi “Slaviya”nı sınağa çəkəcək.
La Liqanın digər iki klubunu isə Rusiya təmsilçiləri ilə görüşlər gözləyir. “Vilyarreal” səfərdə “Zenit”lə, “Valensiya” isə evdə “Krasnodar”la qarşılaşacaq.
Mövsümə Çempionlar Liqasında başlayan Zaqreb “Dinamo”su ilə “Benfika” Xorvatiyada üz-üzə gələcək.
Final görüşü Bakı Olimpiya Stadionunda baş tutacaq turnirin favoritlərindən sayılan London klubları fərqli məkanlarda qüvvələrini sınayacaqlar. “Arsenal” Fransada “Renn”in qonağı olacaq. “Çelsi” isə doğma azarkeşlər önündə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 14-də keçiriləcək.

Avropa Liqası

1/8 final

İlk oyunlar
7 mart

21:55. “Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)
Baş hakim: Vilyam Kallum (Şotlandiya)

Frankfurt. “Kommersbank Arena” stadionu

21:55. “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Mihael Oliver (İngiltərə)
Zaqreb. “Maksimir” stadionu

21:55. “Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)
Baş hakim: Ruddi Buke (Fransa)
Sevilya. Ramon Sançes Pisxuan stadionu

21:55. “Renn” (Fransa) – “Arsenal” (İngiltərə)

Baş hakim: İvan Krujlyak (Slovakiya)
Renn. “Roazon Park” stadionu

21:55. “Zenit (Rusiya) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)

Sankt Peterburq. “Qazprom Arena” stadionu

00:00. “Çelsi” (İngiltərə) – “Dinamo” (Ukrayna)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
London. “Stemford Bric” stadionu

00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Neapol. “San Paolo” stadionu

00:00. “Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)
Baş hakim: Orel Qrinfeld (İsrail)
Valensiya. “Mestalya” stadionu

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR