• İDMAN

    01:58 8 mart 2019

AL: “Arsenal” Fransada, “Zenit” öz meydanında uduzub - VİDEO

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 8 qarşılaşma keçirilib.
Final oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirin bu mərhələsində 11 ölkə təmsilçisi meydana çıxıb. Günün ən çox maraq kəsb edən matçlarından biri Frankfurtda keçirilib. Almaniya “Ayntraxt”ı ilə İtaliya “İnter”inin 90 dəqiqəlik mübarizəsi qolsuz bərabərliklə nəticələnib.
Xorvatiyada Zaqreb “Dinamo”su Portuqaliyanın “Benfika” klubunu məğlubiyyətə uğradıb – 1:0. Doğma meydanda oynayan Fransa təmsilçisi “Renn” isə İngiltərə “Arsenal”ını sınağa çəkib. Hesabı londonlular açsa da, meydan sahibləri əzmkar qələbə əldə ediblər – 3:1.
Eyni hesab Sankt-Peterburqda da qeydə alınıb. Lakin “Zenit” evdə məğlubiyyətə üzülüb. Rusiyalılar İspaniya “Vilyarreal”ı ilə bacarmayıblar.
Bu iki ölkənin digər təmsilçilərinin duelində isə “Valensiya” “Krasnodar”ı qəbul edib. Bu görüşdə də İspaniya klubu qələbə qazanıb – 2:1.
İspaniyada keçirilən digər qarşılaşmada isə “Sevilya” Çexiya “Slaviya”nı məğlub edə bilməyib. 4 qolun vurulduğu matçda heç-heçə qeydə alınıb.
İtaliyada “Napoli” Avstriya “Zalsburq”unu böyük hesabla məğlubiyyətə uğradıb – 3:0. İngiltərədə “Çelsi”nin qonağı olan Kiyev “Dinamo”su da eyni hesabla uduzub.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də keçiriləcək.

Avropa Liqası

1/8 final

İlk oyunlar
7 mart

21:55. “Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya) – 0:0
Baş hakim: Vilyam Kallum (Şotlandiya)

Frankfurt. “Kommersbank Arena” stadionu

21:55. “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya) – 1:0
Qol: Petkoviç, 38 (pen.)

Baş hakim: Mihael Oliver (İngiltərə)
Zaqreb. “Maksimir” stadionu

21:55. “Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya) – 2:2
Qollar: Ben Yedder, 1, Əl Həddadi, 28 – Stox, 25, Kral, 39

Baş hakim: Ruddi Buke (Fransa)
Sevilya. Ramon Sançes Pisxuan stadionu

21:55. “Renn” (Fransa) – “Arsenal” (İngiltərə) – 3:1

Qollar: Bounqod, 42, Monreal, 65 (avtoqol), Sarr, 88 – İvobi, 4

Baş hakim: İvan Krujlyak (Slovakiya)
Renn. “Roazon Park” stadionu

21:55. “Zenit (Rusiya) – “Vilyarreal” (İspaniya) – 1:3
Qollar: Azmun, 35 – İborra, 33, Moreno, 64, Morlanes, 71

Baş hakim: Canluka Rokki (İtaliya)

Sankt Peterburq. “Qazprom Arena” stadionu

00:00. “Çelsi” (İngiltərə) – “Dinamo” (Ukrayna) – 3:0
Qollar: Pedro, 17, Villian, 65, Hadson-Odoi, 90

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
London. “Stemford Bric” stadionu

00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya) – 3:0
Qollar: Milik, 10, Fabian, 18, Onquen, 58 (avtoqol)

Baş hakim: Aleksey Kulbakov (Belarus)
Neapol. “San Paolo” stadionu

00:00. “Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya) – 2:1
Qollar: Rodriqo, 12, 24 – Klasson, 63

Baş hakim: Orel Qrinfeld (İsrail)
Valensiya. “Mestalya” stadion

Tahir

Teqlər:

SON XƏBƏRLƏR