Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
“Arsenal” İngiltərədə “Valensiya”nı qəbul edib. Dörd qolun vurulduğu görüşdə hesabı İspaniya təmsilçisi açıb. Oyunda dönüş yaratmağa müvəffəq olan London klubu üç qol vuraraq əzmkar qələbə qazanıb.
İngiltərənin digər klubu “Çelsi” Almaniyada “Ayntraxt”ın qonağı olub. Londonlular iki qolun vurulduğu matçın əvvəlində məğlub duruma düşüblər. “Zadəganlar” fasilə ərəfəsində tarazlıq qoluna seviniblər.
Yarımfinal mərhələsinin cavab oyunları mayın 9-da keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) – 3:1
Qollar: Lakazett, 18, 26, Obameyanq, 90 - Diakabi,11
Baş hakim: Klement Turpin (Fransa)
London. “Emireyts” stadionu
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) – 1:1
Qollar: Yoviç, 23 – Pedro, 45
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Frankfurt. “Kommersbank Arena” stadionu