UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb.
ONA-nın məlumatına görə, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.
Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1 364 namizəd proqrama qoşulmaq şansı əldə edib.
Qeyd edək ki, proqrama qoşulan könüllülər üçün ümumi təlimlərə artıq start verilib. Seminar 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Sankt-Peterburq şəhərindəki “Zenit Arena”da fəaliyyət göstərən təlimçilər tərəfindən aparılır. Hər gün saat 10:00-dan 19:00-dək davam edən təlimlərə mayın 3-də yekun vurulub.