Futbol üzrə Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
ONA-nın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə 0:2 hesabı ilə uduzduqdan sonra Kristian Panuççini istefaya göndərən albaniyalılar ona əvəzləyici tapıblar.
Bu posta 73 yaşlı italiyalı Eduardo Reya gətiriləcək. “Latsio” və “Atalanta”dakı işi ilə tanınan mütəxəssis təxminən iki il yarımlıq fasilədən sonra məşqçi fəaliyyətini davam etdirəcək.
2016-cı ilin avqustunda Berqamo klubundan ayrıldıqdan sonra işsiz qalan E.Reya Albaniya yığmasında Canni De Byazi və Kristian Panuççidən sonra ardıcıl üçüncü italiyalı baş məşqçi olacaq.