Futbol üzrə Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. ONA-nın məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsinin startındakı məğlubiyyət səbəb olub.
K.Panuççinin komandası ev oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzublar. Albaniya Futbol Federasiyası bu nəticədən sonra italiyalı mütəxəssisi istefaya göndərməyə qərar verib.
Onun rəhbərliyi dövründəki uğursuzluqlar federasiyanı belə addım atmağa vadar edib. DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyən Albaniya UEFA Millətlər Liqasında qrup sonuncu olub. Yeni tsiklə evdə məğlubiyyətlə başlanılması isə final mərhələsi şanslarına ciddi təsir edib.
Qeyd edək ki, K.Panuççi 2017-ci ilin iyulunda Albaniya yığmasına baş məşqçi təyin olunmuşdu.