• İDMAN

    09:35 14 mart 2019

Albaniya prezidenti: “Azərbaycanda Aqolli və Lilayla görüşmək xoşdur”

Bakıda səfərdə olan Albaniya Prezidenti İlir Meta “Qarabağ”ın futbolçusu Ansi Aqolli və “Qəbələ”nin oyunçusu Sabien Lilayla görüşüb.

ONA-nın məlumatına görə, bu gün Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Foruma qatılan İ.Meta Azərbaycanda çıxış edən albaniyalı futbolçularla görüşməyi məqsədəuyğun sayıb.

Görüşdən şəkli öz twitter səhifəsində paylaşan Albaniya prezidenti A.Aqolli və S.Lilayı ən yaxşı səfir adlandırıb: “Azərbaycanın paytaxtı Bakını ziyarət etmək, səfəri buradakı iki ən yaxşı səfirimizlə səmimi görüşlə başlamaq xoşdur”.

Qeyd edək ki, 2010-cu ildən “Qarabağ”da çıxış edən A.Aqolli sabah “Səbail”ə qarşı keçiriləcək oyundan sonra ölkəmizdən ayrılacaq. S.Lilay isə 2018-ci ilin yayından “Qəbələ”də oynayır.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR