• İDMAN

    10:05 3 may 2019

Aleksandr Lakazett: “Bakıya yollana bilsək, bu, xüsusi bir şey olacaq”

“Valensiya” ilə oyundakı çıxışımdan tam razı qalmadım. İki qol vursam da, daha iki dəfə də imkanım oldu”.

ONA-nın məlumatına görə, bunu İngiltərə “Arsenal”ının futbolçusu Aleksandr Lakazett deyib.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniya “Valensiya”sına iki qol vuran fransalı hücumçu 3:1 hesablı qələbəyə şərh verib: “Daha yaxşı oynaya biləcəyim epizodlarda fərqlənməyi bacarmadım. Xoşbəxtlikdən Obameyanq üçüncü qolu vurdu”.

A.Lakazett Bakıda keçiriləcək final oyunu ilə bağlı iddialarını da açıqlayıb: “Avropa Liqasında qalib gəlməklə Çempionlar Liqasında vəsiqə qazanmaq istəyirik. Mükafatı əldə etməklə yanaşı Premyer Liqada da ilk “dördlük”də yer almaq istəyirik. Əgər Bakıya yollana bilsək, bu, xüsusi bir şey olacaq”.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR