• İDMAN

    01:34 23 fevral 2019

Almaniya Bundesliqası: “Verder” – “Ştutqart” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Almaniya Bundesliqasında XXIII turun ilk oyun günündə 1 görüş təşkil olunub. ONA-nın məlumatına görə, günün yeganə matçında “Verder” “Ştutqart”ı sınağa çəkib.

Görüş heç-heçə bitib. Qonaqlar hesabı açsalar da, ev sahibləri status-kvonu bərpa ediblər və oyun “sülh”lə yekunlaşıb.

Aktivindəki xallarını 32-yə çatdıran “Verder” 9-cu, 16 xala malik “Ştutqart” 16-cı pillədədir.

Almaniya Bundesliqası

XXIII

“Verder” – “Ştutqart” – 1:1

Klaassen, 45 – Zuber, 2

Tahir

Teqlər:

SON XƏBƏRLƏR