Almaniya Bundesliqasında XXV turun 5 oyunu keçirilib. ONA-nın məlumatına görə, bu qarşılaşmalar lider dəyişikliyi ilə nəticələnib.
Eyni xala malik Dortmund “Borussiya”sı və “Bavariya” növbəti qələbələrini qazansalar da, sonuncular top fərqinə görə zirvəyə yüksəliblər. “Volfsburq”u 6:0 hesabı ilə məğlub edən Münhen təmsilçisi uğursuz başladığı mövsümdə ilk pilləni ələ keçirib. Dortmundlular isə “Ştutqart” üzərində 3:1 hesablı qələbə qazanıb.
Günün digər matçlarında “Leypsiq” “Auqsburq”la qolsuz heç-heçə edib. “Frayburq” isə öz meydanında “Herta”ya qalib gəlib – 2:1.
Mönhenqladbax “Borussiya”sı isə “Mayns”ın qonağı olub. Matçın taleyini qonaqların vurduğu bir qol həll edib.
Qeyd edək ki, tura martın 10-11-də keçiriləcək görüşlərlə yekun vurulacaq.
Almaniya Bundesliqası
XXV tur
9 mart
“Borussiya” D – “Ştutqart” – 3:1
Roys, 62 (pen.), Alkaser, 84, Pulişiç, 90 – Kampf, 71
“Bavariya” – “Volfsburq” – 6:0
Qnabri, 34, Levandavki, 37, 85, Rodriges, 52, Müller, 76, Kimmix, 82
“Leypsiq” – “Auqsburq” – 0:0
“Frayburq” – “Herta” – 2:1
Petersen, 27, İbişeviç, 80 (pen.) – İbişeviç, 76
“Mayns” – “Borussiya” M – 0:1
Elvedi, 63
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Bavariya |
25 |
18 |
3 |
4 |
62-27 |
57 |
2 |
Borussiya D |
25 |
17 |
6 |
2 |
61-28 |
57 |
3 |
Leypsiq |
25 |
13 |
7 |
5 |
43-20 |
46 |
4 |
Borussiya M |
25 |
14 |
4 |
7 |
44-30 |
46 |
5 |
Ayntraxt |
24 |
11 |
7 |
6 |
47-30 |
40 |
6 |
Bayer |
24 |
12 |
3 |
9 |
43-35 |
39 |
7 |
Volfsburq |
25 |
11 |
6 |
8 |
39-37 |
39 |
8 |
Verder |
25 |
9 |
9 |
7 |
43-37 |
36 |
9 |
Herta |
25 |
9 |
8 |
8 |
38-36 |
35 |
10 |
Hoffenhaym |
24 |
8 |
10 |
6 |
47-36 |
34 |
11 |
Fortuna |
24 |
9 |
4 |
11 |
31-42 |
31 |
12 |
Mayns |
25 |
8 |
6 |
11 |
27-39 |
30 |
13 |
Frayburq |
25 |
7 |
9 |
9 |
36-41 |
30 |
14 |
Şalke |
25 |
6 |
5 |
14 |
27-43 |
23 |
15 |
Auqsburq |
25 |
5 |
7 |
13 |
34-46 |
22 |
16 |
Ştutqart |
25 |
5 |
4 |
16 |
25-55 |
19 |
17 |
Hannover |
24 |
3 |
5 |
16 |
21-55 |
14 |
18 |
Nürnberq |
24 |
2 |
7 |
15 |
18-49 |
13 |