Almaniyanın Leypsiq şəhərinin avarçəkmə komandası Mingəçevirdə təlim-məşq toplanışı keçirəcək.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, almaniyalı avarçəkənlər “Kür” Olimpiya Tədris İdman Mərkəzində təlim məşq toplanışına qatılacaqlar. Leypsiqin şəhər yığmasının məşqləri martın 7-də start götürəcək. 9 nəfərlik komandanın hazırlıqlarının ayın 25-dək davam edəcək.
Almaniya komandası martda keçirilməsi nəzərdə tutulan yaz Prezident Kuboku reqatasında da qüvvəsini sınaya bilər. Bu yarışda almanlarla yanaşı Azərbaycan, Rusiya, İran və Gürcüstanın əsas milli komandalarının iştirakı gözlənilir.
Ehtiram Muradov