• İDMAN

    01:25 4 aprel 2019

Almaniya kubokunda yarımfinalçılar müəyyənləşib

Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, yarımfinala son iki vəsiqə sahibini tapıb.

“Bavariya”nın aşağı liqa təmsilçisi “Haydenhaym”la görüşündə qol şousu yaşanıb. Doqquz qolun vurulduğu görüşdə 75 dəqiqə azlıqda oynayan münhenlilər çətin qələbə qazanıblar – 5:4.

Digər qarşılaşmada isə qonaqlar qalib gəliblər. “Verder” Helzenkirhen səfərində “Şalke”dən güclü olub – 2:0.

Qeyd edək ki, bir gün öncə “Hamburq”la “Leypsiq” yarımfinala yüksəlib. Bu raundun püşkatması aprelin 7-də, oyunları isə 23-24-də keçiriləcək.


Almaniya kuboku
1/4 final
3 aprel
“Bavariya” – “Haydenhaym” – 5:4

Qoretska, 12, Müller, 53, Levandovski, 55, 84 (pen.), Qnabri, 65 – Qlatzel, 26, 74, 77 (pen.), Şnatterer, 39,
“Şalke” – “Verder” – 0:2
Raşitsa, 66, Klassen, 72

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR