• İDMAN

    16:45 1 may 2019

Almaniya yığmasının sabiq qapıçısı karyerasını zədə səbəbindən başa vuracaq

Almaniya millisinin sabiq qapıçısı Rene Adler futbolçu karyerasını başa vuracağını açıqlayıb.

ONA-nın məlumatına görə, “Mayns” klubunda çıxış edən 34 yaşlı qolkiper üçün cari mövsüm sonuncu olacaq.

Dizindəki zədə səbəbindən mövsümün heç bir oyununa çıxmayan futbolçu karyerasını yayda başa vuracaq. R.Adler hələ oynamaq istədiyini, lakin zədə üzündən məcburi addım atmalı olduğunu bildirib.

Qeyd edək ki, 2008-13-cü illərdə Almaniya yığmasında çıxış edən qapıçı “Bayer”, “Hamburq” və “Mayns” klublarının şərəfini qoruyub. R.Adler 2008-ci ildə Bundesliqanın ən yaxşı qapıçısı seçilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR