• İDMAN

    01:04 10 aprel 2019

Amerika kubokunda qrupların tərkibi müəyyənləşib

2020-ci ildə keçiriləcək Amerika kubokunun yeri, formatı və qrupların ilkin tərkibi təsdiqlənib.

ONA-nın məlumatına görə, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) Konqresində yarışın iki ölkədə və yeni formatda baş tutacağı, həmçinin qrupların tərkibi təsdiqlənib.

Qitənin ən nüfuzlu turniri Argentina və Kolumbiyada təşkil olunacaq. Turnir yeni formatla keçiriləcək.

Komandalar hərəsində 6 yığma olmaqla, iki qrupa bölünəcək. Zonalar üzrə təşkil olunan qruplardan biri Argentina, digəri Kolumbiyada mübarizə aparacaq.

Cənub zonasında Argentina, Boliviya, Çili, Paraqvay, Uruqvay və digər qitədən dəvət olunan bir komanda yer alacaq. Şimal zonasında isə Braziliya, Kolumbiya, Ekvador, Peru, Venesuela və dəvətli yığma qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışın son qalibi Çili millisidir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR