• İDMAN

    11:52 28 fevral 2019

Andrey Filatov: "Azərbaycan şahmatçıları yüksəlişdə, Ermənistan yığması isə..."

Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı fikirlərini açıqlayıb. ONA-nın məlumatına görə, ölkəsinin kişilərdən ibarət yığmasında baş məşqçi funksiyasını da yerinə yetirən mütəxəssis yarışın favoriti olan yetirmələrinin əsas rəqiblərdən danışıb.

O bildirib ki, Azərbaycan millisi ehtiyat etdikləri 5 komanda arasındadır. Filatov bunu daha çox Şəhriyar Məmmədyarovun inkişafda olması ilə əlaqələndirib: “Yığmamızın bir nömrəli rəqibi ABŞ komandasıdır. Həm reytinqinə, həm də şahmatdakı çəkisinə görə ikinci yerdə Çin gəlir. Onların ardınca keçmiş SSRİ təmsilçiləri - gözəl qələbə ənənələrinə malik Azərbaycan, Ermənistan və Ukrayna gəlir. Bu 3 komanda fərqli vəziyyətlərdədir. Məsələn, Azərbaycan millisi şahmatçıların dinamikasına görə yüksəlişdədir. Bu, ilk növbədə Şəhriyar Məmmədyarovun fantastik güclənməsi sayəsindədir”.

Federasiya prezidenti Tass.ru-ya çəkindikləri 5 rəqibdən ikisi olan Ermənistan və Ukraynada isə oyunçuların dinamikasının aşağı doğru getdiyini vurğulayıb: “Ukraynada hazırda reytinq əmsalı 2700-dən yuxarı olan şahmatçı yoxdur. Amma bu o demək deyil ki, onlar Olimpiadanın qızıl medalını qazana bilməz. Ermənistan yığması barədə onu demək olar ki, Levon Aronyan kimi şahmatçısı var. Lakin bu ölkədə komandanın indiki özəyini əvəz edə biləcək yeni istedadlar hələlik yoxdur”.

Qeyd edək ki, 2020-ci il Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR