• İDMAN

    10:10 19 mart 2019

Andrey Kramariç: “Azərbaycana mümkün qədər tez qol vurmalıyıq”

“Azərbaycan və Macarıstanla qarşılaşmaların ağır keçəcəyini gözləyirəm”. ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının futbolçusu Andrey Kramariç deyib.

AVRO-2020-nin seçmə mərhələsinin martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı keçiriləcək oyunları ərəfəsində müsahibə verən 28 yaşlı hücumçu yığmamızla görüş barədə də danışıb. A.Kramariç balkanlıları çətin oyun gözlədiyini bildirib: “Çünki rəqiblər bizə qarşı aqressiv oynamağa çalışacaq. Biz ən yüksək səviyyədə motivasiyalı olmalıyıq. Belə rəqiblərlə oyunlarda işimizin asan olacağını düşünmək düz deyil. Dünya ikincisi olmağımız bizi arxayınlaşdırmamalıdır. Bu matçlarda sonadək döyüşməliyik. Əgər imkanlardan yararlanmasaq, problemlərlə üzləşə bilərik. Nikola Yurçeviçin Azərbaycan yığmasını çalışdırması da rəqib üçün əlavə motivasiyadır. Onlar müdafiədə qapanacaqlar ki, mən də rəqibin belə oyununu heç vaxt sevməmişəm. Ona görə də bizə motivasiya və köklənmə lazımdır. Mümkün qədər tez qol vurmalıyıq”.

Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Zaqrebin “Maksimir” stadionunda baş tutacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR