• İDMAN

    02:52 22 mart 2019

Xorvatiyalı futbolçu: “Azərbaycan millisinə daha çox qol vura bilərdik”

“Əlbəttə ki, oyunun gedişində məğlub duruma düşmək istəməzdik. Amma sevinirik ki, sonda üç xal qazandıq”.

ONA-nın məlumatına görə, bunu Xorvatiya milli komandasının futbolçusu Andrey Kramariç deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyununda komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi görüş barədə fikirlərini açıqlayıb: “Vurduğumuz qollara görə çox sevindim. Biz mübarizə apardıq, yaxşı oynadıq. Daha çox qol vura bilərdik. Amma bu, futboldur. Sonda istəyimizə nail olub üç xal qazandıq. Öncədən çətin olacağını və səbir nümayiş etdirəcəyimizi demişdik. Hamımız məhz belə ağır olacağını da gözləyirdik. Lakin artıq bu matçı unudub, Macarıstan barədə düşünmək lazımdır. Səfərdə bizi ağır sınaq gözləyir”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR