“Yerli biznes Azərbaycan Qran-prisinə inteqrasiya edir”.
ONA-nın “championat.com” saytına istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
Funksioner bildirib ki, Bakıdakı yarışa cəlb olunan sponsor və tərəfdaşların sayı artmaqda davam edir: “Bəziləri ilə birbaşa, bəziləri ilə dolayı işləyirik. Məsələn, Qran-pri günlərində otellər tam dolu olur ki, bu dolayı bağlılıqdır. Bundan başqa, bu ildən SOCAR şirkəti titul sponsorumuz oldu. Həmçinin yerli rabitə operatorunu cəlb etmişik, onlar dəstək sponsorudurlar. Konsertlərə də sponsorlar cəlb edirik. Digər tərəfdən bizim yarımdolayı partnyorlar da var. Bizim çox sayda podratçılar var ki, onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir. Sərbəst yerləşmə zonasında fəaliyyət göstərən kafe və restoranlar əlavə irəliləyiş imkanı qazanır və özlərini yarışa gələn turistlərə göstərmək imkanı əldə edir”.