İngiltərənin “Arsenal” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlığı davam etdirir.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, paytaxt təmsilçisi bu gün mətbuat üçün açıq məşq keçirib.
Hazırlıq prosesi “London Colney” təlim-məşq bazasında gerçəkləşib. Məşqin bir saatı KİV nümayəndələri üçün açıq olub.
Bakı vaxtı ilə saat 17:30 da isə “topçular”ın baş məşqçisi Unay Emeri mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
“Arsenal”ın mayın 29-da keçiriləcək finaldakı rəqibi “Çelsi” təlim-məşq bazasının qapılarını mayın 22-də media nümayəndələrinin üzünə açacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.