• İDMAN

    14:10 13 may 2019

“Arsenal” və “Çelsi”nin nümayəndələri Bakıya işgüzar səfərə gəliblər

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində iştirakçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

AFFA-dan ONA-ya verilən məlumata görə, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq.

Həmçinin, final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR